Reklam verin!
kral89Aprel 4, 2008 22:08
Məhəbbət könlümü çaşdırır yamanSəni sevməyimə alışarmısan?Gözlərim, gözünə sataşan zamanSəni siğalasam alışarmısan? Könlündə zəriflik, duyğun da incəSənə nəğmə deyən ürəyimdəsənZərif dodaqlarından, gözəl bənizindənÖpüş yağışına alışarmısan? Gözəlik naxışı sənin sinəndəİlham nəğmələri dodaqlarındaSözlükdən öpüşə, öpüşdən yüzəAtəşli qəlbimə alışarmısan? Eşqin selindəyəm aparır məni Qəlbinin toruna geçirdin məniBəyaz gecələrdə, mehli düzən dəÇırpınan sinəmə Alışarmısan?
Bookmark and Share
kral89Aprel 4, 2008 22:04
kral89Aprel 4, 2008 22:02
Ana dilimiz bizim üçün müqəddəs və dəyərlidir. Ömürümüzü mənalandıran, xəyallarımızı qanadlandıran, dostumuza məhəbbətlə, düşmənimizə nifrətlə səslənən fəxr dünyamızdır. Bizim borcumuz onu qorumaq və inkişaf etdirməkdir.          Hələ məmləkətimiz ərəblərin, rusların müstəmləkəsi olan dövürdən öz doğma torpaqlarımızı, dilimizi, mədəniyyətimizi, hətta sərvətlərimizi belə qəsdən məhv edilməsinə, nənələrimiz, babalarımızı göz yumuşlar. o, dövrün tələblərinə uyğun olaraq “dəbdə” olan ərəb, rus dilində yazılıb və danışıblar. Əlbəttə bu da istəklə olmayıb. O, vaxtki dövrün tələbləri idi bu. Bu haqsizliqa qarşı yazıçılar, dil xadimləri və başqa dahi insanlar buna qarşı çıxışlarında heç nə əldə edə bilməyiblər. Elə həmin vaxtlarda hakimiyyət qarşısında əlacsız qalıblar. Azərbaycan ədəbiyyatında öz sözün demiş H.Cavid, A.İldırım, Y.V.Çəmənzəmənli və M.Müşfiq kimi yazarların acı taleyinin sonluğu buna əyani  sübütdür. Yaxşı bilirik ki, o zamanlarda bunların hamısı məcburi olub. Bəsindi? Indi də azad məmləkətimizdə hansısa əcnəbi bizi vadar edir ki, küçədə ingilis dilində “Hello” deyə salam verək.? Bu nə qədər düzgündür. Axı biz əsarət altinda deyilik? Müstəqil dövlətimiz var, dilimiz, dinimiz var. Yox, sadəcə öyrənmişik ki, kiminsə xətrinə öz doğma dilimizin səviyyəsini aşağı endirək.Mən demirəm ki, dil öyrənmək pisdir yox əksinə çox dil bilmək özü savadlığın aynasıdır, amma gərək öz dilinin mahir bilicisi olasan ki, doğma dilinə sahib çıxasan və ona hörmət etdirə biləsən. Biz xaricilərin dilində danışırıq, amma onlara bizim  gözəl dilimızı öyrətməyə çalışmırıq. Özümüz əcnəbilərə dilimizi öyrənməyə imkan verməmişik, çünki özümüzü onlara şirin satmaq üçün onların dilində danışırıq. İndi mən bir misal demek istəyirəm, Gürcüstanda rus dilində danışanda onlar bele cavab verirlər sən mənimlə rus dilində yox gürcü dilində danış məndə sənə cavab verim. Baxın qonşumuz gürcüstan öz dilinə neçə hörmət edir və xaricilərədə onların dilinə hörmət etməyi tələb edir . Azərbaycan dövləti mövcud olanda nə gürcüstan vardı, nə rusiya vardı, nədə ki, Ermənistan. Azərbaycan tarixi gecmışi olan bir ölkədir və biz bu ölkənin vətəndaşları olaraq öz ölkəmizin milli atributlarını qoruya bilmiriksə özümüzü necə vətəndaş adlandıra bilərik. Amma mən demirəm ki, bizim hamımız bunu bacarmırıq Vətənini sevən hər bir gənc, vətanədaş öz dilini dinini və digər atributlarını qorumalidir və hörmət etməlidir. Əgər mən öz dilimə hörmət etmirəmsə hər hansı bir xaricidən mənim dilimə hörmət etməsini istəyə bilmərəm.          Başa düşürəm, onlar Bakımızda qonaqdırlar və biz onlara hörmət etməliyik. Xaricilərin Azərbaycana gəlməsi burada təhsil alması bizim yerlərin gözəliyindən və insanlarımızın qonaq pərvərliyindəndir. Bizim böyüklüyümüz ondadır ki, gələn qonağa hörmət eləmati olaraq onların dilində danışmağı üstün tuturuq, ancaq öz doğma dilimizi unuduruq. Hətta mənim yadımdadır ki, bir zamanlar Azərbaycanca danışana çuşka, kəndcı və digər ləqəblər qoşulurdu. Sözün düzü bu elə indiki dövrümüzdədə mövcuddür sadəcə olaraq onda rus diliydi, indi isə ingilis dili. Biz onlara hörmət edirik.Onlar isə qonaq adından istifadə edib, ölkəmizdə uzun müddətli məskunlaşırlar ailə həyatı qururlar. Belə qonaqları çox görmüşük. Erməniyə də hörmət etdik ona görə də bu gün torpaqsız qaldıq. Bu bizim alnimiza yazılıb, hörmət et, axırda da hörmətsiz ol.          Sonda isə mən bir Azərbaycanlı kimi bütün gənclərimizə səslənirəm ki, öz doğma dilimizi qoruyaq, özümüz hörmət edək ki, hörmət etdirə bilək. Sonda isə demək istərdim ey mənim oxucularim  “HELLO” yox! SALAM ......
Bookmark and Share
  Yazılar cəmi: 3